HÜQUQ ŞÖBƏSİ
Hüquq şöbəsi
MSK-nın fəaliyyətinin hüquqi təminatını həyata keçirir;
MSK-nın normativ xarakterli aktlarının və digər sənəd layihələrinin, Komissiya hesabatlarının hazırlanmasında iştirak edir;
Normativ xarakterli aktların hüquqi ekspertizadan keçirilməsini təşkil edir, Katibliyin digər struktur bölmələri tərəfindən hazırlanan sənədlərin qanuna uyğunluğunu yoxlayır və onlara viza verir, eləcə də əməli tədbirlərin, qərar layihələrinin və digər sənədlərin hüquqi
cəhətdən əsaslandırılması barədə məsləhətlər verir;
Komissiya sədrinin əmr layihələrinin hazırlanmasında iştirak edir, onların qanuna uyğunluğu barədə viza verir;
Aşağı seçki komissiyaları üçün
seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların hazırlanıb keçirilməsində və seçicilərin maarifləndirilməsi proqramlarında iştirak edir;
Dairə və məntəqə seçki komissiyaları ilə iş aparır, onların fəaliyyətinin həyata keçirilməsində qanunvericiliyin
tələblərinə əməl olunmasına nəzarət edir, bu istiqamətdə vaxtaşırı seminarlar keçirilməsini
təşkil edir, hüquqi məsləhətlər verir;
Komissiya sədrinin şöbəyə göndərdiyi sorğu, müraciət, ərizə və şikayətlərin icrasını təmin edib onlarla bağlı analitik və operativ məlumatlar, rəylər, arayışlar və cavab məktubları hazırlayır;
Qanunvericiliklə
müəyyən olunmuş qaydada vəkalətnamə əsasında məhkəmələrdə MSK-nın səlahiyyətli nümayəndəsi kimi iştirak edir və onun mənafeyini müdafiə edir;
Seçki və hüquq ədəbiyyatı fondunun yaradılmasını təmin edir;
Aşağı seçki komissiyalarının işinə kurasiya qaydasında köməklik edir;
Səlahiyyətləri daxilində digər vəzifələri yerinəyetirir.
Hüquq şöbəsinin əməkdaşları baş mütəxəssis istisna
olmaqla, ali təhsilli hüquqşünas olmalıdırlar.




