SİYASİ PARTİYA VƏ İCTİMAİ TƏSİSATLARLA İŞ ŞÖBƏSİ
Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsi
Siyasi partiya və ictimai təsisatlarla səmərəli əlaqələrin qurulmasını təmin edir;
Siyasi partiya və ictimai təsisatlarla münasibətlərin inkişaf etdirilməsi məqsədilə təkliflər hazırlayır;
Müvafiq təsisatlarla seçki hüququ sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsinə dair təkliflər hazırlayır;
Mərkəzi Seçki Komissiyasının hesabatlarının hazırlanmasında iştirak edir;
Siyasi partiya və ictimai təsisatlara metodiki yardım göstərilməsi məqsədi ilə material və tövsiyələrin hazırlanmasında iştirak edir;
Komissiya sədrinin şöbəyə göndərdiyi sorğu, müraciət, ərizə və şikayətlərin icrasını təmin edib onlarla bağlı analitik və operativ məlumatlar, rəylər, arayışlar və cavab məktubları hazırlayır;
Səlahiyyətləri daxilində digər vəzifələri yerinə yetirir.
- Seçkilərlə (referendumla) bağlı siyasi partiyalarla iş sektoru
Seçkilər (referendum) zamanı siyasi partiyalarla əlaqələrin qurulmasını təmin edir;
Səlahiyyətləri daxilində digər vəzifələri yerinə yetirir.
- Siyasi partiyaların maliyyə hesabatları üzrə iş sektoru
- Siyasi partiyaların maliyyə hesabatları üzrə iş sektoru
Siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul edir və nəzərdən keçirir;
Siyasi partiyaların illik maliyyə hesabatlarının ictimailəşdirilməsi ilə bağlı müvafiq tədbirlər görür;
Səlahiyyətləri daxilində digər vəzifələri yerinə yetirir.




