MEDİA VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Media və kommunikasiya şöbəsi

Mərkəzi Seçki Komissiyasının fəaliyyətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələndirilməsini, habelə bu sahədə analitik-informasiya təminatını həyata keçirir;

Yerli kütləvi informasiya vasitələri nümayəndələrinin Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçməsini təmin edir, Komissiyanın sədri ilə razılaşdırmaqla onları Komissiyanın iclaslarına dəvət edir;

Mərkəzi Seçki Komissiyasının ümumi fəaliyyəti və seçkilərin (referendumların) hazırlanıb keçirilməsi barədə məlumatların mətbuat, teleqraf agentlikləri vasitəsilə yayılmasını və teleradio kanalları ilə yayımlanmasını təşkil edir;

Kütləvi informasiya vasitələrində seçkilərlə (referendumla) əlaqədar, habelə seçkiqabağı təşviqatla bağlı materiallara (mətbuat konfransları, dəyirmi masalar, müsahibələr, eləcə də seçkili orqanlara namizədlərin çıxışları, siyasi partiyaların təbliğat və təşviqat materialları, keçirilən rəy sorğuları) diqqət yetirir;

Seçkiqabağı təşviqat aparmaq hüququna malik olan subyektlər tərəfindən kütləvi informasiya vasitələrindən qanunvericiliyə uyğun istifadə edilməsini diqqətdə saxlayır;

Mərkəzi Seçki Komissiyasının fəaliyyəti barədə foto və video salnamə yaradılması sahəsində iş aparır;

Effektiv və məqsədyönlü kommunikasiya fəaliyyətini təşkil edir;

Maraqlı tərəflər və hədəf qrupları ilə kommunikasiya vasitələrini genişləndirir;

Səmərəli kommunikasiya məqsədilə maarifləndirmə xarakterli tədbirlər həyata keçirir;

Mərkəzi Seçki Komissiyası hesabatlarının və digər sənədlərin hazırlanmasında iştirak edir, Komissiya sədrinin şöbəyə göndərdiyi sorğu, müraciət, ərizə və şikayətlərin icrasını təmin edib onlarla bağlı analitik və operativ məlumatlar, rəylər, arayışlar və cavab məktubları hazırlayır;

Səlahiyyətləri daxilində digər vəzifələri yerinə yetirir.