Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
"Azərbaycan
Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi
haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi
barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr
tarixli 1717 VQR nömrəli Qərarını və "Azərbaycan Respublikasının Milli
Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan
Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan
Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli 1717-VQR
nömrəli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına
uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 4 dekabr tarixli Qərarını
nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılsın.
2. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020 - ci il fevralın 9-na təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 dekabr 2019-cu il.