2025-ci il iyunun 20-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Məzahir Pənahovun sədrliyi ilə 2025-ci il iyunun 20-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
Əvvəlcə Komissiyanın 30 may 2025-ci il tarixli iclasının protokolu təsdiq olunub.
Sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb. Aparılan müzakirələrin ardınca 46 saylı Sumqayıt beşinci, 47 saylı Sumqayıt – Abşeron – Qaradağ, 65 saylı Salyan – Biləsuvar – Neftçala, 102 saylı Şəmkir şəhər, 108 saylı Ağstafa və 118 saylı Ağdam – Xocalı seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunmasına qərar verilib.
Media nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin cari məsələlərə də baxılıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi