Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının elanı

06 avgust 2016 12:33

E L A N

2016-ci il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) kütləvi informasiya vasitələrində referendumqabağı təşviqat aparmaq məqsədilə üzvlərinin sayı 40 min və daha çox olan referendum üzrə təşviqat qruplarına referenduma çıxarılan məsələlərin lehinə və əleyhinə təşviqat aparmaqdan ötrü aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:

-
İctimai Televiziya və Radio Yayımları Şirkəti;

-
"Azərbaycan” qəzeti;

-
”Xalq qəzeti”;

-
"Bakinski raboçi” qəzeti.

Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları
referendumqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası