Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikası Seçki Məcəlləsinə müvafiq olaraq fəaliyyətinin hüquqi, təşkilati- metodiki, analitik-informasiya, maliyyə, sənədləşdirmə, nəşr, maddi-texniki, təsərrüfat və sosial-məişət təminatını öz Katibliyi vasitəsilə həyata keçirir.
Katiblik onun ümumi strukturuna daxil olan şöbələrin və digər struktur bölmələrinin qarşılıqlı əlaqələri əsasında birgə fəaliyyət göstərir.
Katibliyin strukturu, ştat vahidləri və işçilərinin vəzifə maaşları MSK-ya dövlət büdcəsindən ayrılmış vəsait hüdudlarında muəyyənləşdirilir.
Katibliyin işcilərinin hüquqları, vəzifələri və məsuliyyətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə və Komissiyanın təsdiq etdiyi Reqlamentlə müəyyən olunur.
Katiblik öz fəaliyyətində Azərbaycan Respublikasının Seçki Məcəlləsini, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununu, MSK-nın Əsasnaməsini, MSK tərəfindən qəbul edilmiş müvafiq normativ xarakterli aktları, digər qanunvericilik aktlarını, MSK sədrinin əmr və sərəncamlarını rəhbər tutur.
Katibliyin rəsmi blankı, üzərində “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası. KATİBLİK” sözləri həkk olunmuş dairəvi möhürü vardır.
Katibliyin səlahiyyətləri
Katiblik MSK-nın və onun üzvlərinin qanunvericiliklə müəyyən olunmuş fəaliyyətinin təminatı ilə bağlı öz səlahiyyətləri çərçivəsində aşağıdakı istiqamətlərdə tədbirlər görür:
- seçki dairələri və seçki məntəqələrinin yaradılması, seçici siyahıları ilə işin təşkili və digər təşkilati xarakterli tədbirləri həyata keçirir;
- normativ xarakterli aktların və digər sənəd layihələrinin hazırlanmasında iştirak edir, onların hüquqi ekspertizadan keçirilməsini təşkil edir;
- xarici ölkələrin seçki qurumları ilə qarşılıqlı əlaqələrin və seçkilər sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla təcrübə mübadiləsinin aparılmasını təmin edir;
- Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi (DAİS) vasitəsilə informasiya və proqram təminatını həyata keçirir;
- sənədlərlə və kadrlarla işi təşkil edir, kargüzarlıq fəaliyyətini həyata keçirir;
- aşağı seçki komissiyalarının ümumi fəaliyyətinin monitorinqini həyata keçirir;
- kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələri, habelə bu sahədə analitik-informasiya təminatını həyata keçirir;
- nəşr və çap işlərinin həyata keçirilməsinin təmin edilməsinə əməli yardım edir;
- normativ xarakterli aktların və digər materialların dərc olunmasını, habelə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməli olan sənədlərin müvafiq dövlət orqanına vaxtında göndərilməsini və qərarların icrasını təmin edir;
- seçki komissiyalarının fəaliyyətinin maliyyə təminatını, maddi-texniki və təsərrüfat təchizatını həyata keçirir;
- seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada MSK nəzdində təşkil edilmiş qurumların (nəzarət-təftiş xidmətinin, mətbuat qrupunun, şikayət və müraciətlərə baxılmasına dair ekspert qrupunun) fəaliyyətinin təminatı ilə bağlı işi təşkil edir;
- vətəndaşların qəbulunu təşkil edir;
- MSK sədrinin göstərişlərini icra edir və onun tapşırığı əsasında digər subyektlərlə qarşılıqlı fəaliyyəti həyata keçirir.
Katibliyin struktur bölmələri
MSK sədri tərəfindən birbaşa rəhbərlik edilən Katiblik öz aralarında qarşılıqlı fəaliyyətdə olan aşağıdakı struktur bölmələrindən ibarətdir: