.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyası "exit-poll" keçirmək niyyətində olan təşkilatları qeydə alıb

24.03.2018



Martın 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 17 mart və 19 mart 2018-ci ildə keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ("AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə), "Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ("Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə), "ELS” Müstəqil Araşdırmalar Mərkəzi və "Rəy” Monitorinq Mərkəzi tərəfindən "exit-poll” keçirilməsi niyyəti ilə MSK-ya daxil olan müraciətlərə baxılıb. Komissiya qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılaraq iclasa çıxarılmış müraciətləri müzakirə etdikdən sonra sözügedən təşkilatların qarşıdan gələn prezident seçkilərində "exit-poll” keçirmək üçün qeydə alınması barədə qərar qəbul edib.

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Demokrat Partiyası tərəfindən təqdim olunan vəkil edilmiş şəxslər MSK-nın qərarı ilə qeydə alınıb.

İclasda həmçinin, 21 saylı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişikliklər olunub.

Beynəlxalq müşahidə missiyalarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi