.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Martın 7-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

07.03.2018



Məzahir Pənahovun sədrliyi ilə martın 7-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 2018-ci il martın 6-da keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədlərin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş cənab Zahid Məhərrəm oğlu Orucun, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş cənab Araz Məmməd Mübariz oğlu Əlizadənin və namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş cənab Qüdrət Müzəffər oğlu Həsənquliyevin namizədliyi qeydə alınıb.

İclasda həmçinin Vətəndaş və İnkişaf Partiyası tərəfindən təqdim edilmiş səlahiyyətli nümayəndələr qeydə alınıb.

Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan iclasda cari məsələlərə də baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi