.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Fevralın 19-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

19.02.2018



Məzahir Pənahovun sədrliyi ilə fevralın 19-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 17 fevral 2018-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra ölkə üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələyə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası üzrə 2018-ci ilin daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsinin cari ilin martın 3-dək başa çatdırılması qərara alınıb.

Komissiyanın iclasında həmçinin, 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi özü tərəfindən irəli sürülmüş Ramazan Ələkbər oğlu Bəkirovun namizədliyinin irəli sürülməsi təsdiq olunub.

Beynəlxalq təşkilatların, xarici ölkələrin diplomatik nümayəndəliklərinin və k
ütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi