.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2017-ci il noyabrın 15-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

15.11.2017



Məzahir Pənahovun sədrliyi ilə 2017-ci il noyabrın 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Əvvəlcə Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 2017-ci il tarixli Sərəncamları ilə ölkəmizin ictimai-siyasi həyatında fəal və səmərəli fəaliyyətlərinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş Mərkəzi Seçki Komissiyasının üzvləri Şaitdin Sərdar oğlu Əliyev və Nizami Hüseyn oğlu Nadirova dövlət mükafatlarının təqdimedilmə mərasimi keçirilib. Tədbirdə sədr Məzahir Pənahov çıxış edərək dövlət başçısı tərəfindən verilən bu yüksək qiymətin Mərkəzi Seçki Komissiyasında böyük minnətdarlıqla qarşılandığını bildirib və ölkə rəhbəri adından ordenləri sahiblərinə tədbim edib.

Sonra Komissiyanın 28 iyul 2017-ci ildə keçirilmiş iclasının protokolu təsdiq edilib.

İclasda Azərbaycanda seçkilərin tarixi toplusunun nəşri ilə bağlı məsələyə baxılıb və Komissiya üzvlərinin müzakirəsindən sonra məsələ səsverməyə çıxarılaraq qəbul olunub.

Həmçinin, bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi