.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının sədri Rusiya Federasiyasında səfərdədir

21.09.2017

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov cari il sentyabrın 21-də Moskvada keçirilən beynəlxalq konfransda iştirak etmək məqsədilə Rusiya Federasiyasına səfər edib.

"Çoxqütblü dünya şəraitində müasir seçki tendensiyaları” mövzusunda keçirilən və seçki idarəetmə qurumlarının, beynəlxalq təşkilatların rəhbərlərinin də qatıldığı tədbir bütövlükdə seçkilərlə əlaqədar bır sıra müxtəlif məsələlərin və ölkələrin əldə etdiyi yaxşı təcrübələrin müzakirəsinə həsr olunub.

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun Rusiyalı həmkarı ilə yanaşı, müxtəlif ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirməsi, seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran bir sıra məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Səfər çərçivəsində MSK sədrini Komissiya Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi