.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2017-ci il iyulun 28-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

28.07.2017



Məzahir Pənahovun sədrliyi ilə 2017-ci il iyulun 28-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Əvvəlcə Komissiyanın 21 iyul 2017-ci ildə keçirilmiş iclasının protokolu təsdiq olunub.

Sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məsələsinə baxılıb. Komissiyanın qərarı ilə 43 saylı Sumqayıt üçüncü və 105 saylı Tovuz seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi