.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının sədri Avstriya Respublikasında rəsmi səfərdədir

02.11.2016

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2016-cı il noyabrın 2-də Vyanada seçkilərlə bağlı keçirilən tədbirdə iştirak etmək məqsədilə Avstriya Respublikasında rəsmi səfərdədir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) tərəfindən təşkil edilən və seçki idarəetmə qurumlarının, beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı tədbir seçkilərlə əlaqədar müxtəlif məsələlərin və ölkələrin əldə etdiyi yaxşı təcrübələrin müzakirəsinə həsr olunub.

ATƏT/DTİHB-nin direktoru Mixael Linkin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun müxtəlif ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirməsi, qurumlararası qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və maraq doğuran digər məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Səfər çərçivəsində MSK sədrini Komissiya Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi