.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




2016-cı il oktyabrın 12-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Mixael Linklə görüşüb

12.10.2016



2016-cı il oktyabrın 12-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Linklə görüşüb.

MSK sədri qonağı salamlayaraq görüş üçün təşəbbüsü yüksək qiymətləndirib.

Səmimi qəbul üçün sədr Məzahir Pənahova təşəkkürünü bildirən ATƏT/DTİHB-nin direktoru Mərkəzi Seçki Komissiyası ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək və daha da inkişaf etdirmək istədiklərini bildirib və qeyd edib ki, bu cür görüşlər əlaqələrin dərinləşməsinə öz töhfəsini verir.

Məzahir Pənahov diqqətə çatdırıb ki, Mərkəzi Seçki Komissiyası beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıqdır və bu münasibətlər Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında, əldə olunan nailiyyətlərdə və qazanılmış yaxşı təcrübələrdə mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda hazırda mövcud olan hərtərəfli şərait və demokratik mühit seçkilərin də azad, ədalətli və şəffaf keçirilməsinə geniş imkanlar yaradır.

Görüş çərçivəsində Mixael Link həmçinin, sədr Məzahir Pənahovu bu ilin noyabr ayında Vyanada keçiriləcək seçki məsələlərinə həsr olunan tədbirə şəxsən dəvət etməkdən məmnunluğunu bildirib.

Görüşdə həmçinin qurumlar arasındakı əməkdaşlıqdan əldə olunmuş təcrübə müzakirə edilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin 
Media və ictimai əlaqələr şöbəsi