.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mayın 3- də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

03.05.2005

 
Mayın 3- də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir. 


MSK katibi Natiq Məmmədov 92 saylı Xaçmaz seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş İsmayıl Abbas oğlu Ömərovun deputat mandatından məhrum edilməsi məsələsi barədə məlumat vermişdir. Komissiya qərara almışdır ki, İ. A. Ömərov İctimai Yayım Şurası tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçildiyinə görə onun deputat mandatına xitam verilmişdir.

İclasda cari məsələlərə də baxılmışdır.

Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sisrtemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.