.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Fransa Senatının müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkilərinə hazırlığı yüksək qiymətləndirmişdir

13.10.2013



Bakı,8 oktyabr. Mən Azərbaycanla 10 ildir ki, tanışam. Hər gəlişimdə inkişafın şahidi oluram. Bu məni sevindirir. Çünki bu inkişaf seçki sisteminin tәkmillәşdirilmәsindә də özünü göstərir.

Müstəqil Mətbuat Mərkəzindən bildirmişlər ki, bu sözləri jurnalistlərə Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbəri Natali Qule söyləmişdir.

Natali Qule demişdir: "Biz, seçkilərə hazırlığın vəziyyətini öyrənmək və oktyabrın 9-da keçiriləcək səsverməni izləmək üçün Azərbaycana gəlmişik. Artıq iki gündür ki, Bakıdayıq. Seçkilərə hazırlığın vəziyyəti ilə maraqlanmışıq. Hesab edirəm ki, missiyanın ilkin təəssüratları müsbətdir. Mərkəzi Seçki Komissiyası seçkilərin yüksək səviyyədə təşkili üçün hər işi görmüşdür. Bəzi insanlar və beynəlxalq təşkilatlar hər şeyi gözləri ilə görmədən, dərindən öyrənmədən fikir söyləyirlər. Hesab edirəm ki, bu düzgün deyildir. Biz bölgələrə də gedəcəyik və səsvermənin gedişini orada izləyəcəyik”.

Fransa Senatının müşahidə missiyasının digər üzvü Mairde de Qerdon: "Azərbaycanda seçkilərə hazırlıqla bağlı fikirlərimiz müsbətdir. İnanırıq ki, Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkilərində ən yaxşı beynəlxalq təcrübənin şahidi olacağıq”.