.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Avqustun 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

29.08.2013

Avqustun 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

Əvvəlcə Komissiyanın 27 avqust 2013-cü ildə keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.

Sonra 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi "Demokratik qüvvələrin milli şurası” seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Cəmil Poladxan oğlu Həsənlinin namizədliyinin təsdiq olunması məsələsinə baxılmışdır. Komissiya həmin şəxsin namizədliyinin təsdiq olunması barədə qərar qəbul etmişdir.

Gülağa Aslanlı, Kərimxan Zeynalov, Şahin Həsənov və Gözəl Bayramlı Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri kimi qeydə alınmışlar.

İclasda səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması və hazırlanma qaydası təsdiq edilmiş və 5.150.000 ədəd bildirişin çap olunması qərara alınmışdır.

MSK "Mərkəzi Seçki Komissiyasısı nəzdində Mətbuat qrupunun yeni tərkibdə formalaşdırılması barədə” 4 sentyabr 2008-ci il tarixli qərarına dəyişiklik edilməsinə dair məsələyə də baxmışdır. "Trend” İnformasiya Agentliyinin, "Kaspi” və "Gündəlik teleqraf” qəzetləri rəhbərlərinin müraciətləri nəzərə alınaraq həmin media orqanlarının nümayəndələri də daxil edilməklə Qrupun tərkibində dəyişiklik barədə qərar çıxarılmışdır.

İclasda cari məsələlərə də baxılmışdır.

MSK-nın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.