.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Oktyabrın 30-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

30.10.2006

Oktyabrın 30-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının  növbəti iclası keçirilmişdir. 


Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 29 sentyabr, 6 oktyabr, 9 oktyabr, 11 oktyabr və 12 oktyabr 2006-cı il tarixli iclaslarının protokolları təsdiq edilmişdir.

Sonra MSK sədrinin müavini Svetlana Qasımova 61 saylı Neftçala seçki dairəsi  dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsinə dair  məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası həmin DSK-nın tərkibində dəyişiklik haqqında qərar çıxarmışdır. 

İclsada cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.