.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Oktyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

09.10.2006

Oktyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının  növbəti iclası keçirilmişdir. 


Əvvəlcə 2006-cı il oktyabrın 6-da keçirilmiş Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər müzakirə edilmişdir. Komissiyanın üzvləri araşdırdıqları müraciətlər barəsində məlumat vermişlər. Müraciətlərdən 3-ünün araşdırılması üçün aidiyyəti üzrə müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar qəbul edilmişdir. İkisi isə öz təsdiqini tapmadığı üçün təmin edilməmişdir. 

Digər müraciətlərin araşdırılması növbəti iclasa qədər adavam etdiriləcək.
İclsada cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.