.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Sentyabrın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

29.09.2006

Sentyabrın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının  növbəti iclası keçirilmişdir. 
Əvvəlcə Komissiyanın 16 sentyabr 2006-cı il tarixli iclasının protokolu təsdiq edilmişdir.


Sonra MSK sədrinin müavini Svetlana Qasımova 102 saylı Samux – Şəmkir, Mərkəzi Seçki Komissiyasının üzvü Tamam Cəfərova isə 66 saylı Biləsuvar seçki dairələri dairə seçki komissiyalarının tərkibindəki dəyişikliklə bağlı məlumat vermişlər. MSK həmin bələdiyyələrin tərkibində dəyişkliklər barədə qərarlar çıxarmışdır. 

Komissiya üzvləri Tofiq Həsənov və Nizami Nadirov 6 oktyabr 2006-cı ilə təyin edilmiş Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciət barədə məlumat vermişlər. Müraciətlərdən birinin araşdırılması üçün aidiyyəti üzrə müvafiq dairə seçki komissiyasına göndərilməsi barədə qərar qəbul edilmişdir. Digər müraciətlə bağlı araşdırma növbəti iclasa qədər davam etdiriləcək.

İclsada cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.