.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Sentyabrın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

16.09.2006

Sentyabrın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının  növbəti iclası keçirilmişdir. 
Əvvəlcə Komissiyanın 12 sentyabr 2006-cı il tarixli iclasının protokolu təsdiq edilmişdir.


Sonra MSK sədrinin müavini Svetlana Qasımova 60 saylı İmişli – Beyləqan seçki dairsi dairə seçki komissiyasının tərkbində dəyişiklik edilməsinə dair məsələ barədə məlumat vermiş və Mərkəzi Seçki Komissiyası həmin DSK-nın təkibində dəyişiklik edilməsi haqqında qərar çıxarmışdır.

Komissiyanın üzvü Fuad Cavadov 6 oktyabr 2006-cı ilə təyin edilmiş Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciət barədə məlumat vermişdir. Müraciətin aidiyyəti üzrə müvafiq dairə seçki komissiyasına göndərilməsi qərara alınmışdır.

Bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərlə əlaqədar Helsinki Vətəndaş Assmbleyasının Azərbaycan Milli Komitəsindən Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciət barədə Komissiyanın katibi Natiq Məmmədov məlumat vermişdir. Həmin qurum seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət  təşkilatı olmadığından müraciəti təmin edilməmişdir.

İclsada cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.