.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Sentyabrın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

05.09.2006


Sentyabrın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının  növbəti iclası keçirilmişdir. 
Əvvəlcə Komissiyanın 21 avqust 2006-cı il tarixli iclasının protokolu təsdiq edilmişdir.

Sonra MSK sədrinin müavini Svetlana Qasımova, Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov və Komissiyanın üzvü Rövşən İsmayılov bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsinə dair məsələ haqqında məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası 45 saylı Abşeron, 56 saylı Xaçmaz kənd, 98 saylı Şəmkir şəhər və 102 saylı Samux – Şəmkir seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişklik edilməsi barədə qərar çıxarmışdır. 

İclsada cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.