.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Avqustun 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

07.08.2006


Avqustun 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının  növbəti iclası keçirilmişdir. 
Əvvəlcə Komissiyanın 14 iyun, 24 iyun və 7 iyul tarixli iclaslarının protokolları təsdiq edilmişdir.


Sonra MSK katibi Natiq Məmmədov bələdiyyə seçkilərində bəzi sənəd formalarının təsdiq edilməsi və bəzi sənəd formalarının isə qüvvədən düşməsinə dair məsələ haqqında məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası sənəd formalarından bəzilərinin təsdiq, bəzilərinin isə qüvvədən düşmüş hesab edilməsi haqqında qərar çıxarmışdır. 

Mərkəzi Seçki Komissiyası bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi haqqında da qərarlar qəbul etmişdir. 
İclasda MSK-ya daxil olmuş müraciətlər də müzakirəyə çıxarılmışdır. 56 saylı Xaçmaz kənd seçki dairəsi dairə seçki komissiyasının namziədlikdən imtina ilə bağlı 3 qərarı qüvvədən düşmüş hesab edilmişdir. Müraciətlərdən 1-i isə yenidən araşdırılmaq üçün dairə seçki komissiyasına göndərilmişdir.

MSK cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, ABŞ səfirliyinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.