.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




İyunun 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

14.06.2006


İyunun 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının  növbəti iclası keçirilmişdir. 
Əvvəlcə Komissiyanın 5 may, 9 may, 11 may, 13 may, 16 may, 19 may, 23 may, 27 may və 7 iyun 2006-cı ildə keçirilmiş iclaslarının protokolları təsdiq edilmişdir.


Sonra MSK katibi Natiq Məmmədov "Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və imza vərəqəsinə əlavə edilmiş sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında təlimat”ın layihəsi barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası bu sənəd layihəsinin təsdiqi və Komissiyanın 25 avqust 2004-cü il tarixli, 15/92 saylı qərarı ilə təsdiq olunmuş "Seçici imzalarının toplanması haqqında yekun protokolu”nun qüvvədən düşməsi haqqında qərar qəbul etmişdir.

İclasda "Bələdiyyə seçkilərində namizədliyin qeydə alınması məqsədilə könüllü qeydiyyat depozitinin köçürülməsi və sonradan qaytarılması haqqında təlimat” da təsdiq edilmişdir. 

Mərkəzi Seçki Komissiyası həmçinin, "Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədə, namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə dairə seçki komissiyası tərəfindən imza vərəqələrinin verilməsi qaydaları”na dəyişiklik edilməsi və "Bələdiyyə seçkilərində  bələdiyyə üzvlüyünə namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanmasından ötrü imza vərəqələrinin verilməsi haqqında Akt”ın 2 saylı əlavə kimi həmin qaydalara əlavə edilməsi barədə qərar çıxarmışdır. 

MSK cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.