.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




İyunun 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

07.06.2006


İyunun 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının  növbəti iclası keçirilmişdir. 
Əvvəlcə Komissiyanın sədri Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə 2006-cı il mayın 13-də keçirilmiş təkrar seçkilərdə deputat seçilmiş şəxslərə deputat vəsiqələrini təqdim etmişdir.


Sonra Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılmışdır. Qərara alınmışdır ki, sözügedən seçkilər 2006-cı il oktyabr ayının 6-na  təyin edilsin. MSK "Azərbaycan Respublıikasında bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilər üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı da təsdiq etmişdir.

Bundan əlavə, Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi ilə bağlı iki təlimatın təsdiqi barədə qərarlar qəbul etmişdir.  
İclasda həmçinin bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilmişdir. 

MSK cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər