.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mayın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

27.05.2006


Mayın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının  növbəti iclaslı keçirilmişdir. 


Əvvəlcə Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə 13 may 2006-cı ildə keçirilmiş təkrar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən aparılmış yoxlamaların yekunlarına dair məsələ müzakirəyə çıxarılmşıdır. 

Bu məsələ barədə məlumat verən MSK katibi Natiq Məmədov bildirmişdir ki, dairə və məntəqə seçki komissiyalarının yekun protokolları və digər seçki sənədləri, eləcə də Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər qanunda nəzərdə tutlulmuş müddətdə araşdırılmış və araşdırmalar nəticəsində bəlli olmuşdur ki, 103 saylı seçki dairəsinin 3 saylı, 110 saylı Zaqatala seçki dairəsinin 14 saylı və 119 saylı Ağdam kənd seçki dairəsinin 10 və 37 saylı seçki mənətəqələri üzrə səsvermənin nəticələrinə dair  protokollar qanunun tələblərinə uyğun tərtib edilməmiş, habelə yol verilən qanun pozuntuları seçicilərin iradəsinini müəyyənləşirməyə imkan verməmişdir. Məruzəçinin təklifi ilə adı çəkilən mənətəqələrdə nəticələr etibarsız hesab edilmişdir.

Sonra Milli Məclisə təkrar seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyaları protokollarının onlara əlavə edilən sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılmışdır. Bu məsələylə bağlı məlumat verən MSK sədri Məzahir Pənahov qeyd etmişdir ki, 13 may 2006-cı ildə demokratik və ədalətli seçki keçirilmişdir. Seçki komissiyaları üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmişlər. Demokratik seçkilərin keçirilməsi üçün qanunverici bazanın vacibliyini qeyd edən Komissiya sədri Seçki Məcəlləsinin və cənab Prezidentin 11 may və 25 oktyabr 2005-ci il tarixli sərəncamlarının bu baxımdan müstəsna əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O, bundan əlavə ölkə rəhbərliyinini siyasi iradəsinin və sabitliyin demokratik seçkilərin keçirilməsi üçün əsas şərtlərdən olduğunu söyləmiş və bu sahədə attdığı addımlara görə dövlət başçısına minnətdarlığını bildirmişdir.

 MSK sədri seçkilərin keçirilməsi ilə bağlı yardımçı olmuş dövlət qurumlarına və kütləvi informasiya vasitələrinə də təşəkkür etmişdir. Mərkəzi Seçki Komissiyası təkrar seçkilərin ümumi yekunları haqqında protokolun tərtib edilməsi və  dairə seçki komissiyaları protokollarının onlara əlavə edilmiş sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsini qərara alınmışdır.

MSK seçkilərin keçirilməsi ilə bağlı rəsmi sənədlərin saxlanılması haqqında məsələni də müzakirə etmiş və bu məsələylə əlaqədar hazırlanmış təlimat əsas kimi təsdiqləınmişdir.

İclasda cari məsələlərə də baxılmışdır.  
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin  nümayəndələri iştirak etmişlər.