.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mayın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

19.05.2006


Mayın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının   növbəti iclaslı keçirilmişdir. 
Əvvəlcə Komissiya üzvləri MSK-ya daxil olmuş müraciətlər barədə məlumat vermişlər. 


Müraciətlərdən 8-nin ilkin araşdırma aparılması üçün aidiyyəti üzrə müvafiq dairə seçki komissiyalarına, 3-nün isə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. MSK-ya daxil olmuş müraciətlərdən 2-si təmin edilməmişdir. 

İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin   nümayəndələri iştirak etmişlər.