.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mayın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

05.05.2006


Mayın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının  növbəti iclası keçirilmişdir. 
Əvvəlcə Komissiyanın 25 aprel və 29 aprel 2006-cı il tarixli iclaslarının protokolları təsdiq edilmişdir. 


Sonra MSK-nın üzvləri Mərkəzi Seçki Komissiyasına daxil olmuş şikayətlər barədə məlumat vermişlər. Müraciətlərdən 2-si ilkin araşdırma üçün aidiyyatı üzrə müvafiq dairə seçki komissiyalarına göndərilmişdir. 

İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in müşahidə missiyasının, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.