.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Aprelin 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

25.04.2006


Aprelin 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının  növbəti iclası keçirilmişdir. 


Əvvəlcə MSK sədrinin müavini Svetlana Qasımova 88 saylı Göyçay seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyşiklik edilməsinə dair məsələ barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası həmin dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsinə dair qərar çıxarmışdır. 

Sonra Komissiyaya daxil olmuş müraciətlər müzakirə edilmişdir.  Müraciətlərdən 5-i ilkin araşdırma üçün aidiyyatı üzrə müvafiq dairə seçki komissiyalarına göndərilmişdir. 

İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in müşahidə missiyasının, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.