.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Aprelin 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

04.04.2006


Aprelin 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının  növbəti iclası keçirilmişdir. 
Əvvəlcə Komissiyanın 17 mart və 22 mart 2006-cı il tarixli iclas protokolları təsdiq edilmişdir.


Sonra MSK sədrinin müavini Svetlana Qasımova, Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov, üzvləri Tamam Cəfərova və Rövşən İsmayılov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibinin formalaşdırılması haqqında məlumat vermişlər. MSK 7 seçki dairəsi dairə seçki komissiyası tərkibinin formalaşdırılmasına dair qərar qəbul etmişdir.

Mərkəzi Seçki Komissiyası bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsinə dair qərarlar çıxarmışdır. 
Komissiyaya daxil olmuş müraciətlər müzakirəyə çıxarılmış və müvafiq qərarlar qəbul olunmuşdur. 

İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmslçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.