.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Martın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

17.03.2006


Martın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının  növbəti iclası keçirilmişdir. 
Əvvəlcə Komissiyanın 14 mart 2006-cı il tarixli iclas protokolu təsdiq edilmişdir.


Sonra MSK sədrinin müavini Svetlana Qasımova, Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov, üzvləri Tamam Cəfərova və Rövşən İsmayılov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibinin formalaşdırılması haqqında məlumat vermişlər. MSK 7 seçki dairəsi dairə seçki komissiyası tərkibinin formalaşdırılmasına dair qərar qəbul etmişdir.

Komissiyaya daxil olmuş müraciətlər müzakirəyə çıxarılmış və müvafiq qərarlar qəbul olunmuşdur. 
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.