.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Oktyabrın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

07.10.2004


Əvvəlcə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov bəzi seçki məntəqələrinin yenidən təşkil edilməsi haqqında məlumat vermişdir. MSK həmin seçki məntəqələrinin yenidən təşkili haqqında qərar çıxarmışdır.
Sonra MSK-nın digər katibi Vidadi Mahmudov bələdiyyə seçkilərində səsvermənin nəticələri ilə bağlı məntəqə seçki komissiyasının yekun protokolunun doldurulması qaydası haqqında və bələdiyyə seçkilərində səsvermənin nəticələri ilə əlaqədar dairə seçki komissiyasının yekun protokolunun doldurulması qaydası barədə İzahların layiıhələri haqqında məlumat vermişdir. Mərkəzi Seşki Komissiyası həmin layihələri təsdiq etmişdir.
Komissiya bələdiyyə seçkilərində qeydiyyatdançıxma (səsvermə) vəsiqəsi blanklarının Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına verilməsi haqqında akt nümunəsini də təsdiqləmişdir.
İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə qərarlar qəbul edilmişdir.
MSK cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.