.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Oktyabrın 7 - də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Reno Harnişi, Böyük Britnaiyanın fövqəladə və səlahiyyətli səfiri Laurens Bristounu, Fransa Respublikasının fövqəladə və səlahiyyətli səfiri Rolan Blatmanı və ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi qəbul etmişdir.

07.10.2004


Qəbula görə MSK sədrinə təşəkkür edən qonaqlar qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı fikir mübadiləsi aparmaq niyyətində olduqlarını bildirmişlər. ABŞ səfiri Reno Harniş Komissiyanın peşəkarlığının artdığını xüsusi vurğulamış və bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən görülən işlərlə maraqlanmışdır.
Komissiyanın sədri aşağı seçki komissiyalarında seçici siyhılarının dəqiqləşdirilməsi prosesi, seçki sənədlərinin qəbulu, bələdiyyə üzvlüyünə namizədlərin təsdiqi və qeydə alınması, Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi təlimat, izah və qaydalar, təsdiq etdiyi sənəd nümunələri və s. barədə ətraflı məlumat vermişdir. O, namizədlərin qeydiyyatı ilə bağlı indiyə qədər MSK-ya şikayət ərizəsinin daxil olmadığını qonaqların diqqətinə çatdırmış, yalnız şifahi şəkildə bəzi narazılıqların bildirildiyini və bu narazılıqlara operativ reaksiya verildiyini, problemlərin dərhal həll olunduğunu diqqətə çatdırmışdır.
Qonaqlar bələdiyyə seçkilərini diqqətdə saxladıqlarını və bu məsələdə əvəllər olduğu kimi Azərbaycana kömək etməyə hazır olduqlarını bildirmişlər.
Mərkəzi Seçki Komissiyasının sədri M. Pənahov köməyə görə təşəkkürünü bildirmiş, istər beynəlxalq qurumlar, istərsə də xarici dövlətlərin ölkəlmizdəki diplomatik nümayəndəlikləri ilə əməkdaşlıqdan məmnunluq duyduğunu qeyd etmişdir. Komissiyanın sədri bəzi beynəlxalq qurumların ölkəmiz haqqında hesabatlar hazırlayarkən yanlışlıqlara da yol verdiklərini dilə gətirmişdir. O, bildirmiqşdir ki, Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair 1358 saylı qətnaməsin respublikamızla bağlı həqiqəti əks etdirən məqamların yer alması təqdir olunasıdır. Lakin böyük təəssüf hissi ilə qeyd edilməlidir ki, həmin sənəddə yanlış mülahizələr də yer almışdır. 15 oktyabr 2003-ğü il prezident seçkiləri zamanı seçki prosesində şəffaflığın tam təmin olunmaması barədə mülahizəylə əlaqədar bildirməliyik ki, ATƏT-in müşahidə missiyasının ilkin hesabatında prezident seçkilərində şiffaflığın misilsiz səviyyədə təmin olunduğu göstərilirdi. O zaman seçkilərin gedişini 1000-dən çox xarici, 40 mindən artıq yerli müşhadiəçi izləyirdi. Həmin qətnamədə prezident seçkilərinin nəticələrinin guya dərc olunmadığı qeyd edilir. Ancaq səsvermənin ilkin nəticələri elə seçki günü axşam MSK-nın internet saytında yerləşdirilmişdi. Seçki məntəqləri üzrə səsvermənin nəticələri isə nəinki Seçki Məcəlləsinin tələbinə uyğun olaraq 6 ay müddətində, hətta 2 ay tez, yəni fevral ayının sonunda Mərkəzi Seçki Komissiyasının rəsmi nəşri olan "Xəbərlər” jurnalında dərc olunmuşdur.
Görüşün sonunda qonaqlar səmimi qəbula görə təşəkkürünü bildirmişlər.
Komissiyanın sədri də belə görüşlərin mütəmadi xarakter daşıması arzusunda olduğunu söyləmiş və xahiş etmişdir ki, təmsil etdikləri diplomatik korpusların nümayəndələrinin Mərkəzi Seçki Komissiyasının iclaslarında iştirakını təmin etsinlər. Bu onların MSK-nın fəaliyyəti haqqında dürüst informasiya almalarına kömək etmiş olar.
Görüşdə Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımova, MSK Katibliyinin müdiri Çingiz Ələkbərov, Katibliyin beynəlxalq şöbəsini müdiri Rövzət Qasımov və mətbuat şöbəsinin müdiri Azər Sarıyev də iştirak etmişlər.