.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Oktyabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

14.10.2004


Əvvəlcə Komissiya sədrinin müavini Svetlana Qasımova, MSK katibləri Natiq Məmmədov və Vidadi Mahmudov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi ikinci, 20 saylı Nərimanov ikinci, 25 saylı Nizami ikinci, 41 Sumqayıt birinci və 95 saylı Tərtər seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar çıxarmışdır.
Sonra 2004-cü il dekabrın 17-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.