.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Sentyabrın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

09.09.2004


Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 25 avqust və 28 avqust 2004-cü il tarixli iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra MSK sədrinin müavini Svetlana Qasımova bəzi seçki dairələrinin hüdudları daxilində dəyişikliklər edilməsi məsələsi barədə məlumat vermişdir. Komissiya həmin seçki dairələrənin hüdudları daxilində dəyişikliklər edilməsi haqqında qərar çıxarmışdır.
Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki məntəqəsində səslərin hesablanması və səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun doldurulması qaydaları haqqında İzahın layihəsi barədə məlumat vermişdir. MSK bu sənəd layihəsini təsdiqləmişdir.
İclasda Milli Məclisə seçkilərdə səsvermənin nəticələri haqqında dairə seçki komissiyası protokolunun doldurulması qaydası haqqında İzahın da layihəsi təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı bəzi seçki sənədlərinin nümunələrinin layihələri barədə isə Komissiyanın katibi Vidadi Mahmudov məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası həmin sənəd layihələrini təsdiq etmişdir.
MSK 8 saylı Binəqədi birinci, 23 saylı Nəsimi - Nərmanov, 24 saylı Nizami birinci, 28 saylı Sabuncu ikinci, 91 saylı Ucar seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məsələsini də müzakirə etmiş və həmin seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə qərar çıxarmışdır.
Komissiya cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.