.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




İyulun 2-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

02.07.2004


Mərkəzi Seçki Komissiyasının 25 may, 21 iyun və 23 iyun 2004-cü il tarixli iclaslarının protokolları təsdiq olunduqdan sonra MSK üzvü Azər Tağıyev Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı sənəd nümunələrinin layihələri barədə məlumat vermişdir. Komissiya həmin nümunələrin təsdiq olunması haqqında qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov Milli Məclisə seçkilərdə irəli sürülməsi dairə seçki komissiyasında təsdiq edilmiş deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanması və müvafiq dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlmiatın layihəsi barədə məlumat vermişdir. MSK bu sənədin təsdiq olunması barədə qərar çıxarmışdır.
MSK sədrinin müavini Svetlana Qasımova 24 saylı Nizami birinci, 29 saylı Səbail və 101 saylı Xanlar - Daşkəsən seçki dairələrində Azərbaycan Respublikasının Milli Məclisinə əlavə seçkilərə hazırlıqla bağlı keçiriləcək seminarın gündəliyi barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası seminarın gündəliyini təsdiq etmişdir.
İclasın sonunda cari məsələlər müzakirə olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici küiləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.