.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




İyulun 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

23.07.2004


İclasın gündəliyindəki ilk məsələ üzrə çıxış edən Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov 24 saylı Nizami birinci seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə məlumat vermiş və MSK Amanov Pərviz Məcid oğlunun 24 saylı Nizami birinci seçki dairəsi dairə seçki komissiyasının üzvü vəzifəsindən vaxtından əvvəl azad olunması barədə qərar qəbul etmişdir. Komissiyanın digər qərarı ilə həmin vəzifəyə Rəhimov Yalçın Qəzənfər oğlu təyin edilmişdir. 
Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar olaraq bəzi sənəd nümunələrinin - Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə respublikanın bütün ərazisində müşahidə aparmaq niyyətində olan vətəndaşın ərizəsinin və Milli Məclisə seçkilərdə seçki dairəsinin ərazisində müşahidə aparmaq niyyətində olan vətəndaşın ərizəsinin, habelə deputatlığa namizədin qeydiyyat vəsiqəsinin formalarının təsdiq edilməsi barədə məlumat vermişdir.
Mərkəzi Seçki Komissiyası bu sənəd nümunələrinin təsdiq edilməsi haqqında qərar çıxarmışdır.
İclasda cari məsələlər də müzakirə olunmuşdur.
Mərkəzi Seçi Komissiyasının iclasında yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.