.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

04.11.2010


Noyabrın 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. 

Əvvəlcə Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. 

Bir müraciətin araşdırılması prosesində mübahisə predmeti aradan qalxdığına görə həmin müraciətin baxılmasına xitam verilmiş, üçünün aidiyyatı üzrə baxılması üçün müvafiq dairə seçki komissiyasına göndərilməsi barədə qərar çıxarılmış, digər müraciətlər əsassız olduğundan təmin edilməmişdir.

Komissiya 7 noyabr 2010-cu ilə təyin edilmiş Milli Məclisə seçkilərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin qətnamələrinin icrasına dair məsələyə baxmış və həmin qətnamələrə uyğun olaraq 2 nəfərin namizədliyinin qeydə alınması barədə qərar qəbul etmişdir. 

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.