.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasında görüş keçirilmişdir.

05.11.2010


Noyabrın 5-də MDB Müşahidə Missiyasının rəhbəri Sergey Lebedev Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.

MSK-nın sədri seçkilərin müşahidə edilməsinə yüksək əhəmiyyət verdiyini, seçki prosesində aşkarlığın təmin edilməsindən ötrü bütün qanuni addımların atıldığını vurğulayarq bildirmişdir ki, ümumilikdə 48 mindən çox müşahidəçi qeydə alınmış, 500 seçki məntəqəsində vab-kameralar quraşdırılmışdır. 

Səsvermə günü bütün müşahidəçilərə seçki məntəqələrindəki prosesləri əvvəldən axıradək izləmələri üçün hərtərəfli şərait yaradılacaqdır.

MDB Müşahidə Missiyasının rəhbəri müşahidəçilər üçün yaradılmış şəraiti yüksək qiymətləndiridiklərini vurğulayaraq bildirmişdir ki, onun rəhbərlik etdiyi missiya müşahidə apararkən obyektivlik, tərəfsizlik prinsiplərini əsas tutur.

 Sabah missiyanın qısa müddətli müşahidəçiləri də Azərbaycana gəlir və səsvermə günü MDB Müşahidə Missiyasının 351 nəfər üzvü 
Azərbaycanın müxtəlif bölgələrində seçki məntəqələrində səsvermənin gedişini izləyəcəklər.

Qonaqlar səmimi qəbula görə təşəkkür etmiş, qarşıdan gələn seçkilərdə uğurlar arzulamışlar.