.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasında görüş keçirilmişdir.

06.11.2010


Milli Məclisə keçirilən seçkilərdə müşahidə aparmaq üçün Azərbaycana gəlmiş Türkdilli Ölkələrin Parlament Assambleyasının nümayəndə heyətinin üzvləri noyabrın 6-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşmüşlər. 

Nümayəndə heyətinin rəhbəri Sarıaslan Kurşad Melih qardaş ölkədə seçkiləri müşahidəçilikdən məmnun olduqlarını söyləmiş, Azərbaycanın seçki sistemi, seçki qurumlarım təşkili prinsipləri və fəaliyyət istiqamətləri barədə məlumat verilməsini xahiş etmişdir. 

MSK sədri qardaş ölkələrdən olan müşahidəçiləri salamlamaqdan şad olduğunu bildirmiş, qonaqlara ölkəmizdəki seçki sistemi, seçki institutlarının fəaliyyəti, və Milli Məclisə seçkilərlə bağlı ətraflı məlumatlar vermişdir . 

Sədr bildirmişdir ki, seçki məntəqələri səsverməyə tam hazırdır. 

Seçicilərin maarifləndirilməsi ilə bağlı mühüm işlər görülmüşdür.

 Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış səsvermə prosedurları və səsverməyə çağırış məzmunlu videoçarxlar ölkə telekanallarının efirində mütəmadi olaraq yayımlanır. 

Səsvermənin yeri və vaxtı barədə bildirişlər hazırlanaraq seçicilərə çatdırılmışdır. 

Səsvermə günü ilə bağlı müxtəlif məzmunlu plakatlar hazırlanaraq əhalinin sıx olduğu yerlərdə asılmışdır. 

Bu günədək 48 mindən çox müşahidəçi qeydə alınmış, 500 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdır.

MSK sədri seçki prosesinə hazırlıqla bağlı qonaqları maraqlandıran digər sualları da cavablandırmışdır.