.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasında görüş keçirilmişdir.

06.11.2010


Noyabrın 6-da MDB Parlamentlərarası Assambleyası Müşahidə Missiyasının rəhbəri, Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini Svetlana Orlovanın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşlər.

Qonaqları salamlayan sədr ölkənin seçkilərə tam hazır olduğunu bildirmiş və seçkiqabağı vəziyyət barədə məlumat vermişdir.

 O, Milli Məclisə seçkilərlə bağlı şəffaflığın təmin edildiyini söyləyərək 48 mindən çox yerli, 1029 nəfər beynəlxalq müşahidəçinin akkreditasiyadan keçdiyini, KİV-lərə imformasiya toplamaq üçün bütün şəraitin yaradıldlığını diqqətə çatdırmışdır. 

O, seçicilərin və aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi, seçki məntəqələrinin hazırlıq səviyyəsi barədə qonaqları məlumatlandlırmışdır.

S. Orlova artıq beşinci dəfədir ki, müşahidəçi kimi Azərbaycanda olduğunu qeyd etmiiş və ölkənin seçki praktikasının ildən-ilə təkmilləşdiyini vurğulamışdır. 

O, Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı görülən işləri yüksək qiymətləndirmişdir.