.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

06.11.2010


Noyabrın 6-da Rusiya Federasiyası Mərkəzi Seçki Komisiyasının üzvü Yelena Dubrovinanın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.

MSK-nın sədri seçkilərin müşahidə edilməsinə Mərkəzi Seçki Komissiyası tərəfindən böyük əhəmiyyət verildiyini bildirmiş və həmkarlarının da 

Azərbaycanda keçirilən seçkilərdə müşahidəçilik etməsindən məmnun olduğunu bildirmişdir. 

Y.Dubrovina ölkədəki seçkiqabağı vəziyyət barədə məlumat verilməsini xahiş etmişdir.

Sədr Mərkəzi Seçki Komissiyasının seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlərdən hərtərəfli danışmış və seçki qurumlarının səsvermətə tam hazır olduğunu, seçicilərin aktiv seçki hüquqlarının reallaşdırılması üçün bütün şəraitin yaradıldığını söyləmişdir.

Görüşdə iki ölkənin ali seçki qurumlarının gələcək əməkdaşlıq prespektivləri barədə fikir mübadiləsi də aparılmışdır.