.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

13.11.2010


Noyabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. 

İclasda 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. 

Müraciətlərdən birində tələb aydın olmadığından ərizəçinin özünə geri qaytarılmış, bir müraciətlə bağlı  mübahisə predmeti qalmadığından xitam verilmiş, üçü əsassız olduğundan təmin olunmamış, digərlərinin isə araşdırma müddətinin uzadılması barədə qərar qəbul edilmişdir.   

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.