.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

15.11.2010


Noyabrın 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. 

İclasda 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. 

Müraciətlərdən beşi qanunla müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərin özlərinə geri qaytarılmış, beşi əsassız olduğundan təmin edilməmiş,  ikisi ilə bağlı mübahisə predmeti qalmadığından xitam verilmiş, biri aidiyyəti üzrə araşdırılmaq üçün müvafiq dairə seçki komissiyasına göndərilmiş, digərlərinin isə araşdırma müddətinin uzadılması barədə qərar qəbul edilmişdir.   

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.