.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

18.11.2010


Noyabrın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. 

İclasda 7 noyabr 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. 

Müraciətlərdən beşi əsassız olduğundan təmin edilməmiş, üçü qanunla müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərin özlərinə geri qaytarılmış, ikisinin araşdırma müddətinin uzadılmış, birinin isə aidiyyəti üzrə araşdırılması üçün müvafiq dairə seçki komissiyasına göndərilməsi barədə qərar qəbul edilmişdir.   

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının, ATƏT-in Bakı ofisinin təmsilçiləri  və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.