.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

21.11.2010


Noyabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. 

İclasda 2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmışdır. 

Müraciətlərdən biri qanunla müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən, birində isə tələb aydın olmadığından ərizəçilərin özlərinə geri qaytarılmış, on altısı əsassız olduğundan təmin edilməmiş, biri aidiyyəti üzrə araşdırılması üçün müvafiq DSK-ya göndərilmiş, biri barədə mübahisə predmeti qalmadığından xitam verilmişdir. 

Bundan əlavə, 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə üç, 40 saylı Kəpəz (Gəncə) ikinci seçki dairəsi üzrə bir, 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə bir, 113 saylı Şəki şəhər seçki dairəsi üzrə beş, 60 saylı Salyan–Neftçala seçki dairəsi üzrə altı, 63 saylı Sabirabad birinci seçki dairəsi üzrə altı, 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə bir seçki məntəqəsində seçicilərin iradəsinin müəyyən edilməsi mümkün olmadığından həmin məntəqələrdə keçirilmiş səsvermənin nəticələrinin etibarsız hesab edilməsi qərara alınmışdır. 

İclasda 2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərdə dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasına dair məsələyə baxılmışdır. MSK 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə bir, 84 saylı Füzuli seçki dairəsi üzrə bir və 88 saylı Göyçay seçki dairəsi üzrə bir seçki məntəqəsində keçirilmiş səsvermənin nəticələrinin etibarsız hesab edilməsi, Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasının yekun protokolunun tərtib olunması barədə qərar qəbul etmişdir. 

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır. 

İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.