.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

06.10.2010


Oktyabrın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. İclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılmışdır. 

Müraciətlərdən 1-nin araşdırılması prosesində mübahisə predmeti aradan qalxdığına görə həmin müraciətin baxılmasına xitam verilmiş, 2-nin araşdırma müddəti uzadılmış, 3-nün isə aidiyyatı üzrə baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar qəbul edilmişdir.

Mərkəzi Seçki Komissiyası 61 saylı Neftçala, 92 saylı Zərdab – Ucar seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişik etmişdir.
Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.