.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

06.10.2010


Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə bağlı seçki subyektlərinin maarifləndirilməsi proqramını davam etdirir. 

Komissiya bu dəfə "Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair Yaddaş Kitabçası” hazırlayaraq çap etdirmişdir.

 Yaddaş kitabçasının mətni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanmışdır. 

Kitabça 2010-cu il noyabrın 7-nə təyin edilmiş dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulmuşdur.

 Nəşrdə polis əməkdaşının seçkiqabağı təşviqat dövründə, rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində və səsvermə günü öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər barədə ətraflı məlumat verilmişdir.

 Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, "Polis haqqında” qanun, Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanmışdır.

Xatırladaq ki, bundan öncə, Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədlər üçün də yaddaş kitabçası çap etdirmişdir.