.: Nəşrlər, bülletenlər

.: Saytda axtar

.: E-mail




Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

08.10.2010


Oktyabrın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. 

Əvvəlcə AXCP – Müsavat siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi qeydə alınmışdır.

Sonra Demokratik Azərbaycan Dünyası Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında qərar qəbul edilmişdir.

İclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə də baxılmışdır. 

Mərkəzi Seçki Komissiyası 45 saylı Abşeron, 58 saylı Hacıqabul  - Kürdəmir, 72 saylı Yardımlı – Masallı və 119 saylı Ağdam kənd seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik etmişdir.  

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.